ONN MEDİA

Hər iki valideynini itirən uşaqların təhsil haqqı büdcədən ödənilə bilər

25 Yanvar 2018 - 16:04 TƏHSİL

Azərbaycanda valideynlərinin hər ikisini itirmiş və yaxud valideyninin birini itirmiş, digəri ikinci qrup əlil olan 18 yaşına qədər şəxslərin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi məsələsi Milli Məclisdə (MM) yenidən müzakirəyə çıxarılır.

ONN media-nın məlumatına görə, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı komitədə işlər gedir, xeyli materiallar toplanılıb.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png