ONN MEDİA

DİQQƏT- Sınaq imtahanının nəticələri açıqlandı

05 Noyabr 2018 - 16:49 TƏHSİL

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Mərkəzdən ONN media-ya verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 6600 abituriyentdən 66 nəfəri imtahana gəlməyib.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png