ONN MEDİA

Məhəmmədidə yaşayanların DİQQƏTİNƏ

06 Dekabr 2018 - 11:31 SOSİAL

Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində, Məhəmmədi qəsəbəsində elektrik enerjisinin verilişində bu gün ərzində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə ONN media-ya "Azərişıq”ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Bağlar RETSİ-nin xidməti ərazisinə daxil Məhəmmədi qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığını (35/10 kV-luq "Məhəmmədi” y/st-ı ilə yeni xətlərinəlaqələndirilməsi) təmin etmək məqsədilə təmir işləri aparılır.

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png