ONN MEDİA

Bulvarın kənarında velosipeddən asılmış pulla dolu kisəni…- DƏHŞƏT

12 Oktyabr 2018 - 12:32 HADİSƏ, SOSİAL

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.

ONN media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Paytaxtın Neftçilər prospektində (Dənizkənarı bulvarın yaxınlığı) Qusar rayon sakini V.Balakişiyevin velosipeddən asdığı çantadan içərisində 2660 manat olan pulqabısının oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mirzəyev saxlanılıb.

Xətai RPİ 37ci Polis Şöbəsinin əməkdaşları tərəfindən avtobusda paytaxt sakini olan bir qadının çantasından içərisində pulu və bankomat kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birində orada işləyən qadının çantasından 1836 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Yusubova saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png