ONN MEDİA

“Azərenerji” elektrik enerjisinin təminatının tam bərpası ilə bağlı açıqlama verdi

12 İyul 2018 - 21:17 Banner, SOSİAL

Hazırda ölkə ərazisində elektrik enerjisinin təminatı tam bərpa olunub.

ONN media bildirir ki, bu sözləri  "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

O bildirib ki, bu gün 15:30 radələrində yaranan problem aradan qaldırılıb:

"Bu gün saat 15:30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xəttlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş vermişdir. Baş vermiş yanğın elektrik enerjisinin ötürülməsi sistemində qəzaya gətirib çıxardı. Bunun nəticəsində enerji təchizatında yaranmış məhdudiyyət “Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən çevik tədbirlərlə aradan qaldırıldı.Hazırda ölkə ərazisində elektrik enerjisinin təminatı tam bərpa olunub. Hadisənin törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq texniki işlər görülür".

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png