ONN MEDİA

Azərbaycanda qış turizmi üçün hazırlıqlara başlanıb

10 Oktyabr 2018 - 09:15 SOSİAL

Yerli turizm şirkətləri xarici tərəfdaşlara Azərbaycanda qış turizmi ilə bağlı turpaketləri göndərməyə başlayıb.

ONN media Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, yerli turizm şirkətləri əsasən dağ-xizək turizmi ilə bağlı işlər görurlər:

“Yay mövsümü bitdikdən sonra ən aktual mövzu qış turizmidir. Dekabrın 1-dən artıq qış turizminin açılışı olacaq”.

N.Bağırov qeyd edib ki, hər il ölkəmizə qış turizmi ilə bağlı xaricdən daha peşəkar xizəkçilər gəlir:

“Ümid edirik ki, keçən ilə nisbətən bu il qış turizmi ilə bağlı ölkəyə gələn turistlərin sayı daha da artacaq. Ötən ilə nəzər salsaq görərik ki, çox sayda peşəkar xizəkçi istirahət üçün məhz buranı, xüsusən də Şahdağı seçib”.

AzTA sədri bildirib ki, dünyada ən populyar qış turizmi məhz xizəksürmə ilə bağlıdır və Azərbaycanda hər il bu sahə inkişaf edir.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png