ONN MEDİA

Vasif Talıbov bir sıra şəxsləri təltif etdi

19 Oktyabr 2018 - 21:20 SİYASƏT

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb.

ONN media report-a istinadla bildirir ki, sərəncamla Babək rayonunun inkişafında fəaliyyətlərinə görə, Məmmədov Nihal Məmmədqulu oğlu və Məmmədsoy Müşviq Məmməd oğlu “Əməkdar dövlət qulluqçusu”, Əliyev İsa Əli oğlu, Quliyev Həsən Əli oğlu və Seyidov Mirkərim Əhməd oğlu “Əməkdar müəllim”, Abdullayev Qulam Səfərəli oğlu və Həsənova Leylan İbrahim qızı “Əməkdar həkim”, Abutalıbov Tofiq Abutalıb oğlu və Həsənov Cəlal İbrahimxəlil oğlu “Əməkdar kənd təsərrüfatı işçisi”, Rzayeva Sevinc Hüseyn qızı “Əməkdar mühəndis” fəxri adı, Əliyev Məcid Sərraf oğlu, Xudiyev Məhərrəm Cəlil oğlu, İsmayılov Hüseyn Abbas oğlu və Novruzov Məhərrəm Yavər oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png