ONN MEDİA

Qazaxıstan Prezidenti – Azərbaycana turist axını yarada bilərik

09 Noyabr 2018 - 23:26 SİYASƏT

Qazaxıstanın Peropavlovsk şəhərində Qazaxıstan və Rusiya regionlararası XV forumun plenar iclası keçirilib.

ONN media axar.az -a istinadən xəbər verir ki, forum iki ölkə arasında turizmin inkişafında yeni yanaşmalar və tendensiyalara həsr olunub.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzər dənizində qonşu ölkələrlə turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini, turizmin dünya iqtisadi böhran dövründə iqtisadi artım üçün bir vasitə olduğunu vurğulayıb.

Xəzər dənizində kruiz gəmilərinin yaradılmasını vacib sayan dövlət başçısı bildirib ki, qonşu ölkələr – Azərbaycan, Türkmənistan, İrana böyük turizm axını yarada bilərik. Xəzər dənizində əməkdaşlıq üçün infrastruktur yaratmaq, viza və miqrasiya rejimlərini sadələşdirmək lazımdır. Prezident, həmçinin Qonşu ölkələrin artıq Xəzər dənizinin potensialını inkişaf etdirməyə başladığını, bir-birini tamamlayan infrastrukturun inkişafını gücləndirməyi, birgə səylərlə Baykonur kosmik start meydançalarında turizmin inkişafının lazım olduğunu da qeyd edib.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png