ONN MEDİA

Parlamentdə büdcə müzakirəsi davam etdirilir

07 Noyabr 2018 - 11:45 SİYASƏT

Bu gün Milli Məclisin komitələrində 2019-cu ilin büdcə müzakirələri davam etdirilir.

ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, bu dəfə parlamentin İnsan hüquqları, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də, Gənclər və idman komitələri birgə iclasda büdcəni müzakirə edirlər.

İclasa vitse-spiker, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edəcək.

İclasa adıçəkilən komitələrin üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, həmçinin, digər nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri qatılacaqlar.

Qeyd edək ki, parlament komitələrində büdcə müzakirələrinə sabah yekun vurulacaq.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png