ONN MEDİA

İlham Əliyev Putinlə görüşdü – FOTOLAR (YENİLƏNDİ)

06 Dekabr 2018 - 18:34 SİYASƏT

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.

ONN media Azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəldi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.

 

ONN informasiya agentliyi


Çap et
İlham Əliyev Putinlə görüşdü – FOTOLAR (YENİLƏNDİ)

İlham Əliyev Putinlə görüşdü – FOTOLAR (YENİLƏNDİ)

İlham Əliyev Putinlə görüşdü – FOTOLAR (YENİLƏNDİ)

Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png