ONN MEDİA

Ərdoğan: Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq

12 İyun 2018 - 20:41 SİYASƏT

"Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq."

ONN media xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin “İpək yolu” adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir.

“Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm.

Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”, – deyə o qeyd edib

Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png