ONN MEDİA

İmmunitetin 5 ən böyük düşməni

23 Oktyabr 2018 - 20:53 SAĞLAMLIQ

İmmun sistemi bizi həm xarici (virus, mikrob və s.), həm də daxili (xərçəng hüceyrələri və s.) düşmənlərdən qoruyur.

İmmunitet çox mürəkkəb sistemdir. Mütəxəssislər deyir ki, immun sistemini zəiflətmək asan, möhkəmləndirmək isə çox çətindir. Bu səbəbdən immun sistemini zəiflədən amillərdən uzaq olmaq lazımdır.

ONN media saglamolun.az-a istinadən immun sistemini zəiflədən əsas 5 amili sizə təqdim edir:

1. Natamam, sağlam olmayan qidalanma

Qidalanma mümkün qədər sadə, təbii və sağlam, vitamin, mineral və qidalı liflərlə zəngin olmalıdır.

Qidalı liflərinin qidalanmada bol olması bağırsaq mikroflorasını normallaşdırır. Sağlam bağırsaq mikroflorası isə immun sisteminin yaxşı işləməsi üçün çox vacibdir.

Meyvə, tərəvəz, paxlalılar, göyərti qidalı liflərlə zəngindir.

2. Şəkər və şirniyyatlardan sui-istifadə

Şəkərin həddindən artıq istehlakı immun sistemi hüceyrələrinin sintezini azaldır.  

3. Stresslər

Stress zamanı orqanizmdə kortizol hormonunun ifrazı artır. Bu isə immun sisteminin fəaliyyətinə mənfi təsir edir. Stress xroniki hal aldıqda bu xüsusilə təhlükəlidir.

4. Güclü fiziki gərginliklər (ağır fiziki iş, idman)

Fiziki aktivlik immun sistemi üçün çox faydalıdır. Lakin çox güclü fiziki gərginliklər bütün orqanizmi və o cümlədən immun sistemini zəiflədir.

5. Pis vərdişlər

Siqaret və spirtli içkilərdə olan toksin və zəhərlər immun sisteminə güclü zərbə vurur.

Digər tərəfdən siqaret çəkən insanların nəfəs yollarında siqaretin təsirindən xroniki iltihab və qıcıqlanma yaranır ki, nəticədə onlar siqaret çəkməyənlərlə müqayisədə soyuqdəymə xəstəlikləri və tənəffüs sistemi infeksiyalarına qarşı daha həssas olur.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png