ONN MEDİA

Rayon sakinlərinin işi “ASAN”laşacaq

08 Oktyabr 2018 - 13:03 REGİON, SOSİAL

Səyyar "ASAN xidmət" 26 sentyabr-15 oktyabr Göyçayda, 1-15 oktyabr Ağstafada, 3-17 oktyabr Sahil qəsəbəsində, 6-25 oktyabr Hacıqabulda, 6 oktyabr-3 noyabr Tovuzda, 5 oktyabr-3 noyabr Xudatda, 6-20 oktyabr Cəlilabad, Ağdamda, 8 oktyabr-6 noyabr Şəkidə, 9 oktyabr-7 noyabr Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur

ONN media "ASAN xidmət"in mətbuat xidmətinə istinadən xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

— Notariat fəaliyyəti;

— Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

— Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

— Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

— Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

— Əmək pensiyalarının təyin edilməsi;

— Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

— Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

— Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.


 


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png