ONN MEDİA

Bölgələrdə peyvəndləmə işləri yoxlanılır

09 İyul 2018 - 14:32 REGİON

Ağcabədi, Bərdə və Tərtərdə fərdi təsərrüfat sahibləri ilə görüşlər keçirilir.

ONN media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Ağcabədi, Bərdə və Tərtər rayonlarına səfər edib. Səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və fərdi təsərrüfat sahibləri ilə görüşlərin keçirilməsi olub.

Səfər çərçivəsində keçirilən görüşlərdə B. Rzayev heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərinin keyfiyyəti, ölkənin epizootik sabitliyinin qorunması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb. Bölgələrə səfərin əsas məqsədlərindən biri baytarlıq idarələri tərəfindən aparılan müalicə-profilaktika və dezinfeksiya tədbirləri ilə yerində tanış olmaq, dövlət tərəfindən heyvanlar üçün verilən peyvənd vasitələrinin “soyuq zəncir” prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada tətbiqinə nəzarət, isti yay günlərində heyvanların saxlanılmasında baytarlıq-sanitariya tələblərinə əməl etmək, eləcə də yerlərdə çalışan baytarlıq mütəxəssislərinin iş şəraiti, təminatı və təhsil səviyyələri ilə yaxından tanış olmaqdır.

Səfər çərçivəsində Bayandur Rzayev Bərdə rayonunun Türkmən kəndində yerləşən Şəhriyar adına fermer təsərrüfatda olub, heyvanların saxlama, yemləmə, sağım və doğum şəraiti və müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə təbirləri ilə tanış olub, təsərrüfat sahibləri ilə görüş keçirib.

B. Rzayev təsərrüfat sahiblərinin müraciətlərini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Dövlət Baytarlıq Xidmətinin rəhbəri baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub. B. Rzayev fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini qeyd edib.

Görüşlərdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların işlə təminatı müzakirə olunub, əməkdaşların istək və arzuları dinlənilib, respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png