ONN MEDİA

Nə qədər ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir… – Məhəmməd Əsədullazadə

07 Avqust 2018 - 11:40 MÜSAHİBƏ

Məhəmməd Əsədullazadə: "Bu ölkədə hər hansı inkişafdan söhbət gedə bilməz"

"Paşinyan yaxşı anlayır ki, danışıqların dayanması və verdiyi mesajlar Azərbaycanın sərt hərbi təzyiqlərinin başlanmasına rəvac verə bilər"

Ermənistanda inqilabi dəyişiklikdən sonra daxildə sabitliyi bərpa etmək qeyri-mümkün olaraq qalır. Bir tərəfdən xalqa verdiyi vədi yerinə yetirə bilməyən inqilabçı Paşinyan cəmiyyətin qınağı və etirazları ilə qarşılaşır, digər tərəfdən Qarabağ klanını özünə ciddi rəqib hesab edərək ona qarşı geniş cəbhə açır. Bütün bunlar azmış kimi Nikol beynəlxalq səviyyədə də uğursuzluqlarla üzləşir. Sadalanan proseslərin hər biri isə ümumilikdə Ermənistanın xiyanına işləyir, onsuz da ağır vəziyyətdə olan işğalçı ölkənin durumunu bir qədər də gərginləşdirir. Heç şübhəsiz ki, Ermənistanda cərəyan edən xoşagəlməz olaylar Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə də öz mənfi təsirini göstərir və danışıqlar prosesini dalana dirəyir. Bəs görəsən proseslərin bu cür axarı hadisələri hansı məcraya aparır və danışıqlar prosesinin dalana dirənməsi Qarabağda hərbi əməliyyatların aktuallığını artırırmı? Bu və ya digər suallarla Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.

-Məhəmməd bəy, hazırda Dağlıq Qarabağ probleminin həlli istiqamətində mövcud olan vəziyyəti necə dəyərləndirirsiniz?

-Ermənistanda aprel ayında etiraz aksiyalarına başçılıq edən Vətəndaş Birliyi Partiyasının sədri və parlamentdə olan müxalif Yelk blokunun deputatı Nikol Paşinyan Sərkisyan hakimiyyətini devirərək bu ölkədə yeni mərhələnin əsasını qoydu. May ayında baş nazir postunda əyləşəndən dərhal sonra onun Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları vəziyyəti gərginləşdirirdi və demək olar ki, qeyri-konustruktiv təkliflər irəli sürərək danışıqların ruhuna zərbə vururdu. Hazırda münaqişə ətrafında situasiya gərgin olaraq qalır və xarici işlər nazirləri səviyyəsində danışıqlar baş tutsa da, real irəlləyişlər nəzərı çarpmır. Halbuki, Ermənistan üçün ən ümdə məsələ münaqişənin həllini tezləşdirməkdi. Amma biz Nikol Paşinyanın manevr etdiyini, hələlik real danışıqlardan yayındığını görürük. Bunun daxili problemlərlə əlaqəli olduğunu vurğulayırlar və Azərbaycan tərəfindən vaxt istəyirlər. Hesab edirəm ki, indiki situasiya gərgindi və müharibə ehtimalı yüksək olaraq qalır.

-Sİzcə, Ermənistanın yeni hakimiyyəti problemin danışıqlar yolu ilə həllinə maraqlıdır, yoxsa Paşinyan hökuməti də Sərkisyan hakimiyyətinin yolunu gedir?

-Ermənistanın baş naziri Nikol Paşinyanın ilk günlərdə verdiyi açıqlamalardan aydın olurdu ki, yeni hakimiyyət Sərksyan rejiminin yolunu davam etdirir, hətta daha da sərt siyasi xətt ortaya qoyur. Paşinyanın Qarabağ separtçılarını danışıqlarda tərəf kimi göstərməsi, Ermənistanın bu danşıqlarda yalnız vasitəçi kimi olmasını qeyd etməsi, təbii ki, danışıqların fiaskosudur. Amma Azərbaycanın Naxçıvan və cəbhənin digər istiqamətlərində işğalçıya mesajı əslində Paşinyana mesaj idi. Hazırda o, yaxşı anlayır ki, danışıqların dayanması və verdiyi mesajlar Azərbaycanın sərt hərbi təzyiqlərinin başlanmasına rəvac verə bilər. Brüsseldə xarici işlər nazirlərinin görüşündə Ermənistan tərəfinin Minsk formatının davamı etməsi barədə bəyanatı, görünür Paşinyanın danışıqlarda maraqlı olmasına gətirib. Qeyd edim ki, danışıqlar müvəqqəti dayansa da, bu Ermənistan tərəfinin Azərbaycandan vaxt əldə əldə etməsidir. Çünki, yeni hakimiyyət Rusiyaya bağlı siyasi dairələri zərərləşdirməklə məşğuldur. Bundan əlavə, Erməni Milli Konqresinin üzvü tərəfindən ötən günlərdə Yerevanda verilən bəyanat məhz Paşinyan rejiminin siyasi xətti kimi qəbul olunmalıdır. O, bəyanatda Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyini və ərazilərin qaytarılmasını vurğulamaqla, məhz yeni siyasi xətti elan etmiş oldu.

-Münaqişənin həlli istiqamətində hərbi əməliyyatlar, müharibə variantı nə dərəcədə real görünür?

-Hazırda müharibə ehtimalı yüksək olaraq qalmasına baxmayaraq, hərbi əməliyyatların başlanması Yerevanın tutacağı siyas xəttdən aslıdır. İndi onlar danışıqlara hazır olduqlarını qeyd ediblər. Ona görə də bir qədər vəziyyət gözləmə mövqeyindədir. Amma, danışıqlara gedilməsə, müharibə başlaya bilər. Bu da münaqişənin həllini tezləşdirə bilər.

-Bu arada Paşinyan hökumətinin ya Qərb, ya Rusiya seçimi qarşısında qaldığı müşahidə edilir. Sizcə, İrəvan hakimiyyəti hansı tərəfə daha çox üstünlük verəcək?

-Ermənistanda etiraz aksiyaları birmənalı şəkildə Qərbdən idarə olunurdu. Sosial etirazlar fonunda keçirilən bu aksiyalar əsasən SOROS və Amerika Erməni Assambeleyası tərəfindən idarə edilirdi. Məqsəd ölkədə Rusiyanın bu ölkədən çıxarılması və Ermənistanın Qərbə inteqtasiyası idi. Nikol Paşinyanın daxildə Rusiyaya bağlı dairələri zərərsizləşdirməsi və həyata keçirilən həbslər buna hesablanıb. Rusiyanın bu ölkədə əsas siyasi dayağı olan Köçəryan-Sərkisyan ittifaqının Paşinyan tərəfindən zərərsizləşdirilməsi bununla bağlıdır. Köçəryanın həbsi, digər tərəfdən Kremlə bağlı generalların istintaqa çağırılması, məhz gələcəkdə mümükün dövlət çevrilişinin qarşısını almağa planlanıb. Rusiya revanş göturərək Köçəryanın başçılığı ilə növbəti dəfə hakimiyyəti ələ ala bilər. Ona görə də Paşinyan var qüvvəsi ilə bu klanı çökürdürməyə və onları siyasi səhnədən tam uzaqlaşdırmağa çalışır. Paşinyanın əsas siyasəti qərbpərəstdir. Onun Rusiya ilə bağlı sözdə qeyd etdikləri yalnız Rusiyanı qəzənbləndirməməkdi. Hazırda Rusiyanın Gümrüdəki 102-ci bazasının boşaldılması üçün çağırışlar edilir. Təbii ki, bunlar yeni hakimiyyət tərəfindən idarə olunur. Hesab edirəm ki, Paşinyan Rusiya və Qərb arasında qaldıqda əsasən Qərbin siyasətini üstün tutacaq. Çünki, xalq onu yalnız Qərb siyasi dəyərləri uğrunda hakimiyyətə gətirib. Rusiyanın Ermənistandan çıxması isə regionumuz üçün müsbət irəliləyişlər vəd edir.

-Qərbə meyillilik İrəvanın Rusiya tərəfindən cəzalandırılması ilə nəticələnə bilərmi?

-Paşinyanın Qərbə meyilliliyi onun Rusiya tərəfindən cəzalandırılmasını gündəmə gətirir. Rusiya Ukrayna və Gürcüstanı Qərbə meyilləndiyinə görə cəzalandırdı və ərazilərinin bir hissəsini işğal etdi. Hazırda Rusiya Ermənistanla 100 milyonluq silah anlaşmasını dayandırıb və bu ölkəyə ixrac etdiyi qazın qiymətini qaldırmaq barədə siyasi qərar qəbul edib. Rusiyanın Ermənistana təzyiq rıçaqları böyükdür. İqtisadi təzyiq Ermənistanın çökldürülmısinə gətirə bilər. Həmçinin Ermənistanda Rusiyaya ixrac olunan məhsullara embarqo qoyula bilər. Bundan əlavə, Qarabağ münaqişəsində neytrallığını saxlamaqla münaqişənin həllinin tam Azərbaycanın xeyrinə həll olunmasına dəstək verə bilər və s. Yəni, Rusiya bu kimi təzyiq rıçaqlarına malikdir.

-Paralel olaraq Ermənistandaxili vəziyyət də qeyri-normal olaraq görünür və Paşinyanın ciddi cəhdlə rəqiblərini sıradan çıxardığını görürük. Sizcə, Paşinyanın bu addımları nəyə hesablanıb və davam edən həbslər yenidən işğalçı ölkədə etiraz dalğası, kütləvi aksiyaları gündəmə gətirə bilərmi?

-Paşinyanın daxili siyasətdə atdığı addımlar əsasən xalqda məmnuniyyətlə qarşılanır. Çünki, 20 illik Qarabağ klanı bu ölkədə korrupsiya və ciddi siyasi problemlərə yol açıb. Dövlətin bütün təsisatlarını zəiflədib. Qarabağ klanının sıradan çıxarılması Rusiyanın bu ölkədə dayaqlarının aradan götürülməsinə və həmçinin özünün gələcək seçkilərdə rəqiblərini zərərləşdirməyə hesablanıb. Bu həbslər əsasən Qarabağ klanına məxsus şəxslərə şamil olunub. Ona görə də yeni etirazların baş qaldırmasını gözləmirəm. Amma, Paşinyanın sosial və iqtisadi islahatlar vədi yerinə yetirilməsə, əhalinin sosial vəziyyəti yaxşılaşmasa, mümükün etiraz aksiyalarının keçirilməsi baş verə bilər. Hesab edirəm ki, Ermənistanın inkişafı yalnız onun işğaçılıq siyasətindən əl çəkdikdən sonra mümkündür. Nə qədər ki, işğalçılıq siyasətini davam etdirir, bu ölkədə hər hansı inkişafdan söhbət gedə bilməz. Düşünürəm ki, Ermənistan Qarabağ klanını sıradan çıxarmaqla və ölkəsinin real inkişafına nail olmaq üçün Qarabağ danışıqlarında kompromisə gələ bilər. Qərbin də məhz istəyi münaqişənin həlli və Ermənistanın Rusiya buxovundan çıxmasıdır. Nə qədər ki, Ermənistan işğal etdiyi ərazidən çıxmayıb, Ermənistanda Rusiyanın forpostundan çıxmayacaq. İnqilab və islahatların da heç bir müsbət təsiri olmayacaq. Rusiya Ermənistanı bataqlıqda saxlayacaq. Ona görə də Paşinyan praqmatik siyasət ortaya qoyub, xalqının rifahı üçün münaqişəni həll etməlidir.

-Bu arada müntəzəm olaraq Rusiya tərəfindən münaqişənin həlli ilə bağlı verilən açıqlamalar nədən xəbər verir?

-Düşünürəm ki, Kremlin ideolqu olan Aleksandr Duginin Ermənistanın yeni hakmiyyəti ilə bağlı verdiyi müsahibəsində Azərbaycan tərəfinin nəticə çıxarmalı olduğu məqamlar da var. O, müsahibəsində qeyd edir ki, Ermənistanın yeni hakimiyyəti Rusiyaya qarşı çıxmaqla, ikitərəfli müttəfiq əlaqələrini sual altına qoyur. Nəticədə bu ölkə Qarabağın itirilməsinə və bir dövlət kimi çökməsinə səbəb olar. Duginin bu müsahibəsindən aydın olur və etiraf edilir ki, Qarabağın işğalda qalmasına Rusiya çalışır və əgər ayrılsanız Qarabağ əlinizdən çıxacaq. Demək, Duginin bir müddət bundan əvvəl Azərbaycana gələrək Cocuq Mərcanlıda Qarabağla bağlı qeyd etdikləri imitasiya idi. Hesab edirəm ki, Duginin əsas hədəfi Rusiyanın regionda qalması və Qarabağ münaqişəsinin problem olaraq davam etməsidir. Belə olduqda Rusiya regionda öz güc funksiyasını saxlaya bilər. Duginin dedkilərindən belə çıxır ki, Ermənistan Rusiyanın forpostu olaraq Qarabağın işğalını davam etdirməlidir. Göründüyü kimi, Kreml ideloqunun ölkəmizdə verdiyi açıqlamalar bizim auditoriya üçün hesablanmışdı. O, Moskvada Ermənistana həm məsləhət verir, həm də hədə gəlir ki, bu gedişlə Qarabağı itirə bilərsiz. Təbii ki, Dugin kimilər heç vaxt Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəmirlər. Çünki, regiondan Rusiya çıxa bilər Kremlin yaxın siyasi ekspertləri olaraq, əsas vəzifələri regionda Rusiyanın imperiya maraqlarını pərdələməkdi. Biz, artıq Duginin bundan sonraki açıqlamalarına inanmamalıyıq. Deməli, Duginə qərbpərəst Paşinyan deyil, Sərkisyan lazımdır ki, Ermənistan Rusiyanın forpostu olaraq qalsın və Azərbaycanla münaqişə davam etsin. Bundan əlavə, Dugin qeyd edir ki, Sərksiyan beş rayonu qaytarmağa hazırlaşırdı. Nikol Paşinyan Sarksiyanı devirdi və beş rayon məsələsi gündəmdən düşdü. Ümumiyyətlə, Sərksiyan Rusiyanın əsas fiquru olaraq mıəhz Qarabağ konfliktinin düyün kimi qalamsına çalışıb. Kremlin ekspert dairələri qatı antiAzərbaycan qüvvələridir. Onların Azərbaycanla bağlı verdiyi bəyanatlar qeyri-ciddidir.

Süleyman

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png