ONN MEDİA

Xalq artisti teatrdan getməsini təsdiqlədi – “Mənim şərtlərim var”

05 Dekabr 2018 - 21:32 MƏDƏNİYYƏT

Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərini təsdiqləyib.

ONN media xəbər verir ki, aktyor 1news.az-ın redaksiyasına məktub göndərib. Teatr aktyorun işinin başında olduğunu desə də o, bunu inkar edib:

“Bəli mən teatrdan getmişəm və ümid edirəm ki bu müvəqqətidir… çünki bəzi problemlər və məsələlər öz həllini tapmalıdır. Bu məsələlərlə bağlı mənim şərtlərim var. Şərtlərim yalnız və yalnız yaradacıcı prosesin inkişafı üçündür. Şərtlərim isə belədir:

Ruhi, mənəvi tərəfdən hələ formalaşmamış, özünü vəzifə daşıyıcısı hesab edən, aktyorlarla , ümumiyyətlə insanlarla kobud, gaba, tərbiyəsiz davranan,  adını çəkdiyimiz O teatr məkanında, təsadüf bir şəxsin, olub və ya olmaması şərti…  Məşqlər və tamaşa qabağı şərait yaradılması, nizam intizamın və ümumiyyətlə bir çox problemlərə peşəkar yanaşmağın və onların həlli məsələsi…   Bu kimi şərtlər yerinə yetərsə, o zaman mən öz fəaliyətimi davam edərəm… Amma hal hazırda mən teatrdan getmişəm… bu və digər şərtlərin həlli nəticəsini gözləyəcəm…  
 

Son olaraq qeyd edirəm və təkidlə vurğulayıram ki, bu məsələ ilə bağlı heç bir müzakirə məni maraqlandırmır və mənim tərəfimdən əlavə şərhlər olmayacaq. Hamıya yaradıcı uğurlar!”

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png