ONN MEDİA

Müslüm Maqomayev haqqında bədii film çəkilir

05 Oktyabr 2018 - 21:37 MƏDƏNİYYƏT

Bakıda dünya şöhrətli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayev haqqında "Maqomayev" adlı səkkiz seriyalı bədii filmin çəkilişləri başlayıb.

ONN media report -a istinadla bildirir ki, filmdə Müslüm Maqomayev obrazını 30 yaşlı aktyor Miloş Bikoviç canlandırır.

Rejissor Oleq Əsədulinin ("Korporativ", "Bağlı məktəb") rəhbərlik etdiyi bir qrup ekipaj bir həftə əvvəl Bakıya gəlib.

Məlumata görə, çəkiliş oktyabr ayının sonuna qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında Bakıda dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən VIII Ümumdünya festivalına yollanan müğənni oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqaləni dərc edib.

M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib.

O, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb. Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var.

M.Maqomayev 2008-ci ildə 66 yaşında Rusiya paytaxtı Moskvada vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png