ONN MEDİA

“Dostlar Asimanda görüşür” adlı folklor rəqs festivalı keçirilib

10 İyun 2018 - 16:48 MƏDƏNİYYƏT

ONN media xəbər verir ki, iyunun 9-da Heydər Əliyev sarayında "Asiman" rəqs qrupunun "Dostlar Asimanda görüşür" adlı folklor rəqs festivalı keçirilib. "Asiman" rəqs qrupu 1996-cı ildə yaranıb və o gündən bu günə qədər bir çox ölkələrdə yarışlarda qalib olub.

Konsert proqramı milli və digər ölkələrin rəqs nömrələri ilə keçdi. Milli və xalq mahnılarımızın altında rəqs edən körpə fidan balalarımızın iştirakı proqramı daha rəngarəng etdi. 

Bildiririk ki, 4 yaşından 25 yaşınadək uşaq, yeniyetmə və gəncləri özündə birləşdirən “Asiman” kollektivi 20 ildən çox olan fəaliyyəti dövründə qədim və müasir Azərbaycan folklor rəqslərini layiqincə tanıdıb. Kollektiv üzvləri rəqslərimizi Türkiyə, İran, Gürcüstan, İtaliya, İspaniya, Bolqarıstan kimi 20-dən çox ölkədə təbliğ edib. Təkcə Heydər Əliyev Sarayında 12-dən çox solo konsert verib. 2014-cü ildə Bolqarıstanda keçirilən rəqs müsabiqəsində Qran-priyə, “Qızıl Orfey” mükafatına layiq görülüb.

Sonda konsert proqramı müğənni Məryəm Şabanovanın çıxışı ilə sona çatdı.

 

 


Çap et
“Dostlar Asimanda görüşür” adlı folklor rəqs festivalı keçirilib

“Dostlar Asimanda görüşür” adlı folklor rəqs festivalı keçirilib

“Dostlar Asimanda görüşür” adlı folklor rəqs festivalı keçirilib

“Dostlar Asimanda görüşür” adlı folklor rəqs festivalı keçirilib

“Dostlar Asimanda görüşür” adlı folklor rəqs festivalı keçirilib

“Dostlar Asimanda görüşür” adlı folklor rəqs festivalı keçirilib

“Dostlar Asimanda görüşür” adlı folklor rəqs festivalı keçirilib

“Dostlar Asimanda görüşür” adlı folklor rəqs festivalı keçirilib

“Dostlar Asimanda görüşür” adlı folklor rəqs festivalı keçirilib

Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png