ONN MEDİA

“Xiamo”dan YENİLİK- Artıq…

08 Noyabr 2018 - 09:15 MARAQLI

"Xiaomi" şirkəti "Mi Notebook" modelinin 15,6 düym diaqonallı yeni noutbukunu təqdim edib.

ONN media xəbər verir ki, noyabrın 11-dən satışa çıxarılacaq noutbukun qiyməti 3399 yuan (təxminən 834 manat) təşkil edəcək.

Bildirilir ki, noutbuk 16,6 dioqanallılar arasında ən ucuzu olacaq. "Mi Notebook"un prosessoru 8-ci nəsil "Intel Core i3", operativ yaddaşı 4 giqabayt (32 giqabayta qədər artırma imkanı ilə). Sərt diskin həcmi 128 giqabayt olacaq.

Noutbukun korpusunun tam olaraq metaldan olmasına baxmayaraq, "Mi Notebook" yüngül və istifadədə rahat olacaq.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png