ONN MEDİA

“WhatsApp” istifadəçilərinin telefonu TƏHLÜKƏDƏ – DİQQƏTLİ OLUN

10 Oktyabr 2018 - 22:41 MARAQLI

“WhatsApp” istifadəçilərinə viruslu mesajlar gəlməyə başlayıb.

ONN media xəbər verir ki, mənbəyi bilinməyən viruslu mesajlar hazırda xarici istifadəçilər arasında yayılıb. Mesajda “WhatsApp”ın yeniləndiyi haqda məlumat verilsə də, göndərilən linkə tıklayan zaman heç bir səhifə açılmır. Lakin telefon həmin an virusa yoluxur.

Virus şəxsi məlumatların oğurlanması, eləcə də internet meqabaytlarının normadan çox istifadə olunmasına səbəb olur. Bu səbəblə, oxşar mesajlar sizə də göndərilibsə, linkə daxil olmayın. Yox, artıq daxil olmusunuzsa, o zaman telefonunuzu format edin.

Hazırda virusun konkret hansı ölkələrdə yayıldığı və neçə nəfər insanın bundan zərər gördüyü barədə məlumat yoxdur.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png