ONN MEDİA

Reklamlardan bezənlərə ŞAD XƏBƏR

08 Noyabr 2018 - 20:30 MARAQLI

"Google Chrome" zəhlətökən reklamlarla və fişinqlə olduqca radikal üsullarla mübarizə aparacaq. 

ONN media Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bazarının yarıdan çoxunu əhatə edən brauzer, bu üsullardan istifadə edən bütün reklamları dayandıracaq.

"Google", "Chrome"-un 71 versiyası ilə gələn ay yeni bir sxem yayımlayacaq.

Sistem bu şəkildə çalışacaq: istifadəçilər şirkətə məhdudlaşdırılmış linklərdən, saxta reklamlardan, sistem mesajlarından, görünməz düymələrdən şikayət edə biləcəklər. Brauzer şikayətdən sonra sahibkarlara vəziyyəti düzəltmək üçün 30 gün vaxt verəcək. Bu müddət ərzində problem həll edilməsə, reklamlar dayandırılacaq.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png