ONN MEDİA

Dünyanın ən güclü smartfonu – “ASUS ROG Phone”

13 İyun 2018 - 16:25 MARAQLI

Mütəxəssislər etiraf ediblər ki, dünyada ən güclü smartfon “ASUS ROG Phone” smartfonudur.
ONN media xəbər verir ki, belə bir qərarı onlar tanınmış “Geekbench” bençmarkının cihazların sınaqlarının nəticələrini təhlil etdikdən sonra veriblər.
“ASUS ROG Phone” tam olaraq oyunlar üçün adaptasiya edilmiş cihazdır. Onun əsas rəqibləri isə “Xiaomi Black Shark” və “Nubia Red Magic” smartfonlarıdır. 
Smartfon gücünə görə sınaqlardan 9500 xal toplayıb. Bu, “Xiaomi Mi MIX 2S”-in nəticəsindən çoxdur – 9100 xal. 
Cihaz hələlik rəsmi olaraq satışa çıxarılmayıb. Məlumdur ki, onun “ürəyi” güclü “Snapdragon 845” prosessoru olacaq ki, onun da tezliyi 2,96 GHs təşkil edəcək. 

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png