ONN MEDİA

12 il sonra komadan ayılan kişi anasını yanında görüb hönkürdü – FOTO

07 Noyabr 2018 - 17:45 MARAQLI

Komaya düşən kişi 12 il sonra özünə gəlib.

ONN media milli.az-a istinadən xəbər verir ki, 12 il əvvəl qəzaya düşərək komaya girən kişi ayılanda anası başının üstündə olub.

Anasının başı üstündə onun ayılmağını gözlədiyini görən Wang Shubao gözyaşlarına hakim ola bilməyib.

75 yaşlı qadın Wei Mingying oğlunun 10 ildən çox çəkən müalicəsi üçün 17 min dollardan çox borca girib.

Beijing News-a açıqlama verən qadın bildirib ki, 12 il ərzində oğlunu tək qoymayıb. Hətta onun aylarla ac olduğu vaxtlar da olub.

"Bəzi günlər var idi ki, ac qalırdım. Çox kasıb idik. Yemək almağa imkanım çatmırdı"

Qeyd edək ki, 2006-cı ildə Wang Shubao Çinin Şandon vilayətində qəzaya düşərək komaya girib. 

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png