ONN MEDİA

Bu ölkədən TANAP-a dəstək

12 İyun 2018 - 17:26 İQTİSADİYYAT

ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk 
Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) bölgəyə verəcəyi töhfəni dəyərləndirib. 

ONN media xəbər verir ki, A.Oudkirk layihənin Cənub Qaz Dəhlizi layihəsinin böyük bir hissəsi olduğunu vurğulayıb.

O bildirib ki, TANAP-ın regional enerji bazarlarında rolu əhəmiyyətlidir:

“Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün bazarda seçim imkanları yaradır. Digər tərəfdən, ölkənin təmin etdiyi enerji təhlükəsizliyinə güclü töhfədir. ABŞ-ın layihə üzrə birbaşa sərmayəsi olmasa da, TANAP-ı dəstəkləyirik. Çünki bu, resurs diversifikasiyasına və təhlükəsizliyin təmin edilməsinə kömək edir”.

O qeyd edib ki, dünyada çətinliklər baş verərkən TANAP-ın istismara verilməsi qlobal olaraq inkişaf sayılır:

“TANAP Azərbaycan qazını yeni bazarlara daşıması baxımından da əhəmiyyətli layihədir. Müttəfiq və tərəfdaşlarımızın enerji təhlükəsizliyi bizim üçün önəmlidir”.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png