ONN MEDİA

“Qarabağ”ın oyunlarının biletləri satışda

10 Oktyabr 2018 - 19:29 İDMAN

Ağdamın "Qarabağ" futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü və dördüncü turunda Ukraynanın "Vorskla" və Portuqaliyanın "Sportinq" komandaları ilə Bakıda keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

ONN media Ölkə.az -a istinadən xəbər verir ki, öncə Ağdam təmsilçisi oktyabrın 25-də "E" qrupunun üçüncü turunda Bakı Olimpiya stadionunda Ukrayna təmsilçisi ilə qarşılaşacaq. Noyabrın 29-da isə Qurban Qurbanovun yetirmələri Portuqaliyanın "Sportinq" klubunu qəbul edəcək.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png