ONN MEDİA

“Qalatasaray” brazilyalı hücumçu alır

05 Dekabr 2018 - 15:32 İDMAN

"Qalatasaray” Moskva "Lokomotiv”inin futbolçusu Luiz Adrianonu transfer edir.

ONN media "Milliyət"ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu ilkin razılıq əldə etdiyi 31 yaşlı hücumçu ilə qış transfer pəncərəsində müqavilə imzalayacaq.

Brazilyalı futbolçu üçün "sarı-qırmızılar”ın qarşı tərəfə 4 milyon avro ödəyəcəyi və futbolçu ilə 3 il yarımlıq müqavilə imzalayacağı iddia edilir.

Qeyd edək ki, L. Adriano bu mövsüm Moskva klubunun heyətində 17 oyunda 4 qol vurub, 4  qol ötürməsi verib.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png