ONN MEDİA

İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşdi

06 Noyabr 2018 - 20:47 İDMAN

 İtaliyanın "Empoli" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

ONN media  xəbər verir ki, komanda 54 yaşlı mütəxəssis Cüzeppe Yakiniyə həvalə olunub. O, bu postda Aurelio Andreaççolini əvəzləyib. İtaliyalı baş məşqçi ilə imzalanan müqavilənin şərtləri bəlli deyil. 

Qeyd edək ki, Cüzeppe Yakini son olaraq 2017-2018 mövsümündə ölkəsinin "Sassuolo" klubuna rəhbərlik edib. "Empoli" A Seriyasında 11 turdan sonra 6 xalla 18-ci pillədə qərarlaşıb.(report.az)

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png