ONN MEDİA

İbrahimoviç favoritini açıqladı

13 İyun 2018 - 04:30 İDMAN

İsveçin futbol üzrə yığmasının keçmiş hücumçusu Zlatan İbrahimoviç hansı komandaları DÇ-2018-in favoritləri hesab etməsi barədə şəxsi fikrini açıqlayıb.

ONN media xəbər verir ki, məşhur futbolçu deyib: "Mənim fikrimcə, qalib gəlmək şansı olan komandalar Braziliya, İspaniya, Almaniya və əlbəttə, İsveç yığmasıdır. Argentina yığmasının üzvləri özlərini favorit hesab etmirlər, lakin birmənalı olaraq deyə bilərəm ki, onlar da favoritlərdir. Təəssüf ki, ABŞ yığması dünya çempionatında iştirak etməyəcək. Amerika indi mənim ölkəmdir, mən orada yaşayıram və ABŞ komandası oynasaydı, hökmən ona azarkeşlik edərdim”.

Xatırladaq ki, DÇ-2018-də İsveç yığması Almaniya, Meksika və Koreya yığmaları ilə bərabər "A” qrupunda çıxış edəcək.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png