ONN MEDİA

Sabaha olan hava proqnozu- Yağış, şimşək, külək…

12 İyul 2018 - 13:09 HAVA HAQQINDA

Sabahdan havanın temperaturu aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 13-ü səhərdən 14-ü gündüzədək şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 13-dən 16-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərədə arabir güclənəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png