ONN MEDİA

Yer kürəsində BÖYÜK ÇAT – Qitələrdən biri iki hissəyə AYRILACAQ – FOTO/VİDEO

07 Aprel 2018 - 09:30 HADİSƏ, VİDEO QALEREYA

Afrika qitəsinin şərq istiqamətindəki ərazilərdə, daha dəqiqliklə desək, Keniyada meydana gələn sürüşmələr və torpaqda yaranan irimiqyaslı çatlar qitənin 2 yerə ayrılması ilə xarakterizə edilir.

Publika.az xəbər verir ki, Afrika qitəsinin şərqində meydana gələn böyük çatların Afrika qitəsini iki hissəyə ayıracağına dair seminarlar keçirən London Universiteti məsələnin hansı səbəbdən yaranmasını araşdırır. Universitetdə çalışan tədqiqatçı Lusiya Perez Diaz iddia edir ki, Keniyada başlayan çatlar böyüyərək qitəni tamamilə iki ayrı parçaya böləcək:

"Ötən həftələrdə Keniyanın cənub-qərbində meydana gələn nəhəng çatların, Nayrobi-Narok avtomagistralının bir hissəsini yararsız hala salması buna sübut ola bilər. Əslində dünya kiçik seysmik fəallıqlarla hər gün dəyişməkdədir. Sadəcə kiçik həcmli dəyişikliklərin o qədər də fərqinə varmırıq. Yer planeti dayanmadan dəyişir. Bu dəyişikliklərin hər birini izləmək isə son dərəcə çətindir. Dünyanın litosfer təbəqəsi çoxsaylı hissələrə bölünmüş vəziyyətdədir. Bu hissəslər isə zaman-zaman bir-birinə və ya əks istiqamətlərə doğru dəyişən sürətlə hərəkət edir. Bu hərəkət mexanizminin səbəbi hələ də müzakirə edilir".

Tədqiqatçının sözlərinə görə, astenosferdəki dalğaları və litosfer lövhələr arasında geniş sərhədlər yaradır və bu da yalnız lövhələri hərəkət etdirməklə qalmır, həmçinin hissələrin parçalanmasına da səbəb olur. Bütün proseslərin nəticəsi olaraq isə eynən Afrikadakı dərin çatlar meydana çıxır.

Sözügedən çatların daha da sürətlənərək Böyük Rift Vadisi, şimalda Ədən Körfəzi, cənubda isə Zimbabveyə qədər uzanan 3000 kilometrlik bir sahəni əhatə edəcəyi proqnozlaşdırılır. Həmin vadi Afrikanı Somali və Nübye hissəsi olaraq ikiyə ayırır.

Böyük Rift Vadisində baş verən tektonik, seysmik dəyişikliklər Efiopiya, Keniya və Tanzaniyanı əhatə edən regionda hiss olunur. Keniyada yaranan genişmiqyaslı çatların səbəbi də məhz bu tektonik dəyişikliklərdir.

Litosfer təbəqəsi, üfüqi genişlənmə qüvvəsinə məruz qaldıqca normal həcmindən daha incə hala gəlir. Ən sonda isə parçalanaraq çöküntü vadisinə çevrilir. Seysmik və vulkanik aktivlik güclənərsə, kontinental qırılmaların ilk mərhələsi çöküntü yaratsa da, sonrakı mərhələdə bu qırılmalar okeanlarda ciddi təhlükə yarada bilər.

Buna bənzər hadisə 138 milyon il əvvəl Cənubi Amerika və Afrika qitəsinin bir-birindən ayrılması ilə tarixə düşmüşdü. İki qitənin ayrılması nəticəsində Cənubi Atlantik Okeanı ortaya çıxıb.

Şərqi Afrika Vadisi son dərəcə aktiv bir sahədir. Bu vadinin altında yüksək nisbətdə mantiya yüksəlməsi var. Qalxan mantiya qatı torpaq litosferini yuxarıya itələyir və zəminin temperaturunu artıraraq fonu zəiflədir. Bu proses son sürətlə davam edərsə, nəticədə tam başqa bir Afrika qitəsi yaranacaq. Onun necə görünməsi isə tədqiqatçıları çox maraqlandırır.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png