ONN MEDİA

Ucarda bədbəxt hadisə

12 İyul 2018 - 21:29 HADİSƏ

Ucarda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

ONN media  xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nərimanov küçəsində baş verib.

Şəhər sakini, 2017-ci il təvəllüdlü Sahib Əziz oğlu Abbasovu elektrik enerjisi vurub. Məlumata görə, nəzarətsiz qalan uşağın üstünə sərinkeş aşıb.

Uşaq Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, onun keçindiyi məlum olub.

Fakt araşdırılır.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png