ONN MEDİA

İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

12 Oktyabr 2018 - 09:54 HADİSƏ, REGİON

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

ONN media xəbər verir ki, araşdırma zamanı ov edən şəxsin Mingəçevir şəhər sakini Mehman Bəkirov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və taxta qayıq götürülüb.

Faktla bağlı brakonyer barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Mingəçevir şəhər Məhkəməsinə göndərilib.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png