ONN MEDİA

Hacıqabulda avtomobil aşıb – Yaralılar var

08 Oktyabr 2018 - 21:19 HADİSƏ, REGİON

Hacıqabul rayonunda yol qəzası olub.

ONN media xəbər verir ki, Hacıqabul şəhərində rayon sakini, 1998-ci il təvəllüdlü Fərid Mehman oğlu Qafarovun idarə etdiyi "VAZ 21015" markalı avtomobil sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Rahil Qardaşxan oğlu İsmayılov xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. R.İsmayılovun vəziyyəti ağır olduğundan xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır. (report)

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png