ONN MEDİA

Goranboyda baş verən yol qəzası ilə bağlı RƏSMİ

12 Oktyabr 2018 - 13:36 HADİSƏ

Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən ONN media-ya verilən məlumata görə, oktyabrın 11-də saat 8 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Xocalı RPŞ tərəfindən araşdırma aparılır.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png