ONN MEDİA

Elektrik xəttini oğurlayan şəxs saxlanılıb

13 İyun 2018 - 15:48 HADİSƏ

ONN media xəbər verir ki, iyunun 12-də Abşeron Rayon Polis İdarəsinə cari il mart ayının 26-da Hökməli qəsəbəsi ərazisində 2 min metrə yaxın elektrik xəttinin kəsilərək oğurlandığı barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində strateji əhəmiyyət daşıyan mühüm dövlət əmlakını oğurlamaqda şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Polis idarəsində aparılan araşdırmalarla qəsəbə sakini, əvvəllər də məhkum olunmuş Heybət Dadaşovun digər cinayət əməlinin də üstü açılıb. Onun fevral ayının 23-də qəsəbə əarazisindəki evlərin birindən kombi aparatını oğurladığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png