ONN MEDİA

Bir adamı iki maşın vurdu

08 Noyabr 2018 - 16:45 HADİSƏ

Bakıda piyadanı ard-arda iki maşın vurub.

ONN media DİN-ə istinadən xəbər verir ki, hadisə noyabrın 7-də saat 18 radələrində Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində baş verib. 

Bakı şəhər sakini Orxan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firdovsi Zeynalovu vurub eyni istiqamətdə hərəkətdə olan “Zil” markalı avtomobilin altına atıb. Piyada hadisə yerində ölüb. “Zil” markalı avtomobilin sürücüsü, paytaxt sakini Elçin Ələsgərov avtomobillə birgə saxlanılıb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png