ONN MEDİA

Binada GÜCLÜ YANĞIN: Sakinlər təxliyə edildi

08 Noyabr 2018 - 21:19 HADİSƏ

Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png