ONN MEDİA

Bakıda yeraltı keçiddə elə birşey baş verdi ki…

11 Oktyabr 2018 - 15:35 HADİSƏ

Bakıda soyğunçuluq hadisəsi baş verib.

ONN media xəbər verir ki, Şıxəli Qurbanov küçəsi 1 ünvanındakı yeraltı piyada keçidində naməlum şəxs 1979-cu il təvəllüdlü Samirə Abdullayevaya hücum edib. Belə ki, qadın keçiddəki ödəmə aparatı vasitəsi ilə ödəniş etmək istəyərkən gənc oğlan ona hücum edərək əlindəki 262 manat pulu alaraq qaçıb.

27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 26 yaşlı Məhərrəm Məhərrəmzadə saxlanılıb.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png