ONN MEDİA

Bakıda “Land Cruiser” piyadanı vurub öldürdü

12 Oktyabr 2018 - 01:53 HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONN media -ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Hüseynov Pərviz Mehdi oğlu idarə etdiyi “Toyota Land Cruiser” markalı 90-OL-019 dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada Şirbitov Kamal Soltan oğlunu vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png