ONN MEDİA

Bakıda daha bir avtobus qəzası baş verib

08 Oktyabr 2018 - 11:07 HADİSƏ

Bakıda daha bir avtobus qəzası baş verib.

ONN media Olaylar-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektində hərəkətdə olan 60 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yolun kənarındakı ağaclığa çırpılıb. Xoşbəxtlikdən hadisə zamanı avtobusda sərnişin olmayıb. İlkin məlumata görə, sürücü avtobusu qarağa aparmaq istəyərkən hadisə baş verib.

Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png