ONN MEDİA

Ağsuda yanğın bir sıra fəsadlar törədib

12 İyul 2018 - 20:02 Banner, HADİSƏ

İyulun 12-də gündüz saat 14:35 radələrində Ağsu rayonunun Bico kəndinə yaxın ərazidə yanğın hadisəsi baş verib.

ONN media bildirir ki, rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, biçilmiş taxıl sahələrindən başlayan yanğın şimal dağlıq ərazilərinə tərəf irəliləyib. Saat 17:30-dək 50 hektardan çox biçilmiş taxıl, quru ot və kol-kos sahələri yanıb.

Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png