ONN MEDİA

Yazıçımız 38 ölkəni qabaqlayaraq qızıl medalı qazandı

29 May 2018 - 08:00 ƏDƏBİYYAT

Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LİFFt festivallar festivalında, Rusiya Federasiyasının Soçi şəhərində bu il ilk dəfə Azərbaycanı 38 ölkə arasında tanınmış yazıçımız Varis təmsil edib.

ONN media xəbər verir ki, Ədəbiyyat üzrə LİFFt festivallar festivalında münsiflər heyətinin yekdil qərarı ilə yazıçımız Varis qızıl medala layiq görülüb. "Bu qələbəmi Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr etdim" facebook səhifəsində oxucuları ilə paylaşan Varis bildirib ki: "Materikin 38 ölkəsinin və Rusiyanın 50 regionunun ədəbiyyat xadimləri, dövlət məmurları, səfirlər, konsullar, media mənsubları bizim 100 illiyimizi alqışladılar".

Xatırladaq ki, əvvəlki iki “LiFFt” festivallar festivalının qalıbləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olublar.
 "Soçidən əziz xalqımı təbrik edirəm!" cümlələri ilə qonşu ölkədən xalqımızın cümhuriyyətini də təbrik edib.

Biz də yazıçımızı bu uğuru münasibəti ilə təbrik edirik.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png