ONN MEDİA

Türk dilində yazılan ilk “İsgəndərnamə” Azərbaycana gətirilib

07 İyun 2018 - 11:57 ƏDƏBİYYAT

AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından osmanlı şairi Tacəddin İbrahim Əhmədinin “İsgəndərnamə” poemasının surətini əldə edib. 

Bu barədə ONN media-ya AMEA-dan məlumat verilib.

Səkkiz min beytdən artıq həcmdə olan bu əsər türkcə ilk “İsgəndərnamə”dir.

Qeyd edək ki, Əhmədi osmalı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir. Şair bu əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png