ONN MEDİA

Elçin Hüseynbəylidən yeni kitab

08 Oktyabr 2018 - 12:36 ƏDƏBİYYAT

ONN media xəbər verir ki, tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın) yeni kitabı işıq üzü görüb. "Qarabağ hekayələri" silsiləsidən olan "Gözünə gün düşür" adlı kitaba müəllifin Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi (müharibəsi) ilə bağlı 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib.

333  səhifəlik, xüsusi dizaynlı kitabı "Yeni poliqrafist" nəşriyyatı çap edib.

Kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.

"Gözünə gün düşür"ün geniş təqdimatı oktyabrın sonları, noyabrın əvvəllərinə planlaşdırılır.

Qeyd edək ki, daim Qarabağ mövzusuna müraciət edən müəllifin ilk hekayəsi "Küləkli çöl" adlanır və 1989-cu ildə qələmə alınıb. Hekayə 1991-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxıb. Son hekayə –   "Sevgiylə döyüşmək" bu ilin aprelində nəşr edilib.

Kitab nəşriyyat və müəllif tərəfindən oxuculara hədiyyə ediləcək.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png