ONN MEDİA

Yaşayış evində atışma: ÖLƏNLƏR VAR

05 İyul 2018 - 22:06 DÜNYA

ABŞ-ın Los-Anceles dairəsinin Vestleyk rayonunda evlərdən birində silahlı atışma olub.

ONN media TASS-a istinadən xəbər verir ki, atışma nəticəsində üç nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Məlumata görə, azı iki nəfər evə daxil olaraq ABŞ-ın Müstəqillik Gününü qeyd edənlərə atəş açıb və sonra hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn polis bir kişi və bir qadın meyitini aşkar edib. Dörd nəfər xəstəxanaya aparılıb, onlardan biri dünyasını dəyişib, ikisinin isə vəziyyəti ağırdır.

İlkin ehtimallara görə, hadisəyə bundan əvvəl baş vermiş mübahisə səbəb olub. 

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png