ONN MEDİA

Türk dilində azan oxuna bilərmi? – Rəsmi açıqlama

07 Noyabr 2018 - 21:55 DÜNYA

Türk dilində azan məsələsinin bu ölkədə müzakirələri dərin yaralar buraxıb.

ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

“Bu, həll edilmiş məsələdir. Bu mövzunu yenidən müzakirələrə açıq elan etmək birilərinin tək partiyalı iqtidarı istədiyi anlamına gələ bilər. Azan 1400 ildən çoxdur ki, ərəbcə oxunur. Burada məqsəd azanın anlaşılmasıdırsa, bu da xalqımızın ağlını ələ salmaq deməkdir”, – deyə türkiyəli rəsmi bildirib.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png