ONN MEDİA

Trampdan Çinə TƏHDİD

11 Oktyabr 2018 - 18:25 DÜNYA

ABŞ prezidenti Donald Tramp Çini ticarətdə əlavə məhdudiyyətlərlə hədələyib.

ONN media publika.az -a istinadla xəbər verir ki, Amerika lideri bu haqda “Fox News” telekanalına müsahibəsində bildirib.

Tramp qeyd edib ki, onun siyasəti artıq Çin iqtisadiyyatına zərər vurub.

“Mən daha çoxunu edə bilərəm”, – ABŞ prezidenti əlavə edib.

Onun sözlərinə görə, Çində uzun müddət çox yaxşı yaşayırdılar və ABŞ-la ticarətdə haqsız üstünlüklərdən istifadə edirdilər.

Çin və ABŞ arasında ticarət müharibəsi iyulun 6-da bu dövlətlərin qarşılıqlı şəkildə yüksək gömrük rüsumlarını tətbiq etməsindən sonra başlanıb. Vaşinqtonun qiymətləndirməsinə görə, ticarət dövriyyəsi Çinin xeyrinə 500 milyard dollar təşkil edir. Pekin öz növbəsində disbalansı ABŞ-ın daxili iqtisadi siyasətinin nəticəsi hesab edir.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png