ONN MEDİA

Tramp Ərdoğana görə dünya liderlərini BAŞINDAN ETDİ

12 İyul 2018 - 15:44 DÜNYA

Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO zirvəsi ABŞ -Avropa İttifaqı böhranının kölgəsində davam edərkən Amerika mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasındakı isti söhbəti işıqlandırıb.

ONN media xəbər verir ki, "Nyu york Post" qəzeti liderlərin zirvədəki qızğın söhbətinə "Tramp qərb müttəfiqlərini Türkiyənin güclü lideri ilə danışmaq üçün başından etdi" başlıqlı məqalədə yer verib.

Donald Tramp Rəcəb Tayyib Ərdoğanı tərifləməkdən doymayıb. İkili arasındakı söhbətdən sonra Tramp Ərdoğanı nəzərdə tutaraq yanındakı liderlərə "onu sevirəm" sözlərini deyib.

Liderlər ayaqüstü söhbətdə YPG-FETÖ terror təşkilatları və Suriya siyasətini müzakirə ediblər.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png