ONN MEDİA

Toyda kütləvi zəhərlənmə

24 İyun 2018 - 22:59 DÜNYA

Gürcüstanın Batumi şəhərində uşaqlar da daxil olmaqla 100-ə yaxın insan zəhərlənib.

ONN media xəbər verir ki, həmin şəxslərin bir neçə gün əvvəl toy şənliyi zamanı zəhərləndiyi bildirilir.

Zəhərlənmiş şəxslərin əksəriyyəti müxtəlif xəstəxanalarda müalicə olunurlar. Onların hamısında qızdırma, qusma və ishal kimi eyni simptomlar müşahidə olunur.

Toy şənliyinin qeyd olunduğu banket zalının nümayəndəsi kütləvi zəhərlənmənin onların obyektində baş verməsini təkzib edib.

Zəhərlənmənin dəqiq səbəbini ekspertiza müəyyən edəcək.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png