ONN MEDİA

Sunami və zəlzələ nəticəsində ölənlərin sayı 2 mini ötdü

09 Oktyabr 2018 - 19:41 DÜNYA

İndoneziyada sentyabrın 28-i baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 2 mini ötüb.

ONN media trend -ə istinadən bildirir ki, bu barədə İndoneziyanın Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi xəbər verir.

Bundan əvvəl bildirilmişdi ki, 5 minə yaxın insan itkin düşüb və onları tapmaq hələdə mümkün olmayıb. İndoneziyanın xilasetmə xidmətləri axtarışları oktyabrın 11-də dayandıracaq.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png